Ermənistan-Azərbaycan münaqişəsi

“Müharibə bizim üçün faciə ilə nəticələnib” - Abrahamyan

9 Aprel 2021 16:26
Baxış: 1 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hökumətin iclasında Nikol Paşinyan orduda genişmiqyaslı, dərin, məzmunlu islahatlar prosesinin başladığı barədə özünün və Müdafiə nazirinin fikrini bəyan etdi, təkrarladı".

Milli.Az ordu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın "Henekt" analitik mərkəzinin hərbi eksperti Tiqran Abrahamyan yazıb.

"Təsvir edilmiş bir keyfiyyət və miqyaslı islahat ola bilməz və onun ən vacib hissələrindən biri olan ictimai məlumatlandırma sektoru sıfırdır.

İctimai dinləmələr, müzakirələr, sadə əlçatan məlumat... heç nə yoxdur. Vədlər, bəyanat var və başqa bir şey yoxdur.

Bir-iki standart formuladan başqa "islahat" altında heç nə yoxdur. Ölkədə müharibə olub, üstəlik, bizim üçün faciə ilə nəticələnib, ancaq Müdafiə naziri hər formada suallardan yayınmağa davam edir", - deyə o qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.