Ermənistan-Azərbaycan münaqişəsi

Sülhməramlılar üçün 60 nəfərlik modul tipli düşərgə salındı - FOTO

1 Fevral 2021 13:02
Baxış: 1 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dağlıq Qarabağda rus sülhməramlılar üçün 60 yerlik daha bir modul tipli şəhərcik tikilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

"Rusiya sülhməramlı kontingentinin hərbi personalının Dağlıq Qarabağa yerləşdirilməsi üçün şəraiti yaxşılaşdırmaq məqsədilə Rusiya Müdafiə Nazirliyinin maddi-texniki təminat mütəxəssisləri ən qısa müddətdə Xaçmaç məntəqəsində 60 yerlik daha bir modul tipli şəhərcik inşa etdilər", - deyə açıqlamada qeyd olunub.

Bunun sülhməramlı kontingentin hərbi heyəti üçün inşa edilən dördüncü belə qəsəbə olduğu qeyd edilib.

Qeyd edək ki, blok modullu şəhərciklər gündəlik həyati təminat sistemlərin bütün zəruri komponentləri (enerji təchizatı, istilik sistemi, hamam otaqları, su təchizatı, kanalizasiya) ilə təchiz olunmuş tam funksional yaşayış məntəqəsidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.