Ermənistan-Azərbaycan münaqişəsi

Düşmənin daha bir planı baş tutmadı - Bakıya "əl" uzadanın "qolu" qopdu...

15 Oktyabr 2020 11:15
Baxış: 15 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər gün mülki əhalimizi, mülki obyektlərimizi hədəf alan ermənilər dünən Bakını vurmaq istəyiblər. Onlar ballistik raketlərini döyüş vəziyyətinə gətirərkən ordumuz tərəfindən həmin texnikalar dəqiq atəşlə məhv edilib. Günlərdir cəbhə bölgəsinə yaxın ərazidə yerləşən rayonlarımızı raket atəşinə tutan düşmən hələ də mülki əhalini hədəf almağa davam edir. Onlar Gəncə hadisəsinə bənzər yeni terrorlar törətməklə Azərbaycanı təxribata çəkmək, xalqın mübarizə əzmini qırmaq istəyirlər. Bu da əlbəyaxa döyüş zamanı rəqibə gücü çatmayanda ona cırmaqlamağa, gözünə və başqa həssas yerlərinə əl atmağa bənzəyir.

Ermənilər Azərbaycana həm döyüş meydanında, həm də diplomatiyada uduzsalar da, bunu boyunlarına almaq istəmirlər. Əksinə, hiyləgərlik, xainlik edərək yeni planlar hazırlayıb, hirslərini dinc əhalidən çıxmağa çalışırlar. Bütün günü sosial şəbəkələrdə məşhurlardan, vətən anası adlandırdıqları Kardaşyandan kömək dilənən erməni xalqı gücsüzlüyünü etiraf etməsinə baxmayaraq Ermənistan rəhbərliyi dirəşməyə davam edir.

Dildə "sülh" istəyib, əməldə tam tərsini göstərən, məsələnin danışıqlarla həllinin pozulması üçün əlindən gələni edən, humanitar atəşkəs adı altında bəzi ölkələrdən silah-sursat alan, ordusuna terrorçuları cəlb edən düşmən təxribatlar törətməkdən çəkinmir. Hətta işğal altında olan bölgələrimizdən əlavə torpaqlarımıza da əl uzadırlar.

Onların cavabı ordumuz tərəfindən layiqincə verilir. Xocalıda azərbaycanlılara yaşatdıqlarının heç 1 faizini belə yaşamayan ermənilər yavaş-yavaş Azərbaycan torpaqlarındakı "ev"lərini tərk edirlər. Artıq bizim əsgərlər onların bizim torpaqlarda qurduqları postlarda, səngərlərdə vuruşur, bayraqlarımız Füzülidə, Cəbrayılda, Xocavənddə, Ağoğlanda dalğalanır.

Amma görünür ki, güclü qrafikaya sahib kömpüter oyunlarındakı döyüş səhnələrini öz ordusunun uğuru, dabanına tüpürüb qaçmağı "taktiki olaraq geri çəkilirik" kimi qələmə verən, köhnə videoları yeniymiş kimi təqdim edən, azərbaycanlıların adından "fake" hesablar açaraq təxribatlar törədən ermənilər hələ uzun müddət məğlubiyyətlərini boyunlarına almayacaqlar. Çünki, özgə torpaqlarında yaşadıqlarını çox yaxşı bilirlər və bunu etiraf etməmək üçün əllərindən gələn hiyləgərliyə, xainliyə davam edəcəklər.

Umarlı
Milli.Az

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.