Dünya

Nazarbayev Novruz bayramına qatıldı - FOTO

21 Mart 2019 21:17
1 Şərh     Baxış: 1 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın paytaxtı Astanada Novruz bayramı münasibətilə keçirilən tədbirə minlərlə insan qatılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bayram tədbirində Qazaxıstan xalqının lideri Nursultan Nazarbayev və dövlət başçısı Kasım-Jomart Tokayev iştirak ediblər. Nursultan Nazarbayev yeni ailə quranlara xeyir-dua verərək, xalqı bayram münasibətilə təbrik edib.

Astananın bütün teatrlarında və konsert salonlarında proqramlar Novruza həsr olunub. Vilayət mərkəzlərinin meydan və parklarında bayram münasibətilə ənənəvi teatrlaşdırılmış şou, müxtəlif konsert proqramları nümayiş olunur, müsabiqələr və milli idman yarışları keçirilir.

Almatı küçələrində də ənənəvi bayram əhval-ruhiyyəsi hökm sürür. Qazax eposunun və nağıllarının qəhrəmanları şəhərin mərkəzi küçələrinə çıxıblar. İki minə yaxın epos, əfsanə və nağıl qəhrəmanlarının obrazlarında ilk dəfə belə möhtəşəm təqdimat keçirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.