Kubada 6,81 milyondan çox seçici ( seçicilərin təxminən 73,3%-i) referendumda respublikanın yeni Konstitusiyasının qəbulunun lehinə səs veriblər.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Milli Seçki Komissiyasının rəhbəri Alina Balseyro mətbuat konfransında bildirib.
"İlkin məlumatlara görə, yeni Konstitusiyanın qəbuluna 6 milyon 816 min seçici səs verib. Konstitusiyanın əleyhinə isə 706 min nəfər səs verib", - deyə o bildirib.
O, əlavə edib ki, referendumda seçicilərin 84,4%-i iştirak edib.
Daha əvvəl Kuba Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Raul Kastro Kuba inqilabının 60-cı ildönümü münasibəti ilə tədbirdə ölkənin ABŞ-la hörmətə əsaslanan münasibətlərə hazır olduğunu bildirib.
Milli.Az