ABŞ-la İran arasında misli görünməmiş yumşalma
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vəzifəsini tərk etməkdə olan İran prezidenti Həsən Ruhani deyir ki, 2015-ci il nüvə sazişini dirçəltməyə çalışan Tehran və dünya gücləri arasında əsas problemlər həll olunub. Hərçənd Almaniya və Fransa bəzi əngəllərin qaldığı barədə xəbərdarlıq ediblər. Ruhani bu bəyanatı ötən gün iyunun 23-də keçirdiyi hökumət müşavirəsində verib.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, İran rəsmiləri də aprel ayından bəri Vyanada davam edən danışıqlarda tərəqqi əldə edildiyini deyirlər. Ruhani administrasiyasının rəhbəri Mahmud Vaezi deyib ki, Birləşmiş Ştatlar keçmiş prezident Donald Trampın sazişdən çıxması ilə Tehranın üzərinə təkrar qoyulmuş 1000-dən çox sanksiyanın qaldırılmasına prinsipcə razı olub: "Sığorta, neft və daşımalar üzərinə qoyulmuş sanksiyaların tam qaldırılmasına dair razılıq əldə olunub. Hazırda biz qalan sanksiyalardan hansıların nüvə sazişinə, hansıların isə 2015-ci ildən əvvələ aid olduğunu müəyyənləşdiririk".
Lakin ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan iyunun 20-də deyib ki, Vyana danışıqlarında "hələ qət olunmalı uzun məsafə" var. Onun sözlərinə görə, söhbət həm sanksiyalardan, həm də nüvə sazişi üzrə öhdəliklərdən gedir.
Birləşmiş Ştatlar Vyana danışıqlarında yer alır, amma müzakirələrdə birbaşa iştirak etmir, beləki İran tərəfi amerikalılarla üzbəüz danışıqlara hazır olmadıqlarını bildiriblər.Vyana danışıqlarında ABŞ və İran arasında vasitəçiliyi Avropa İttifaqının diplomatları edirlər.
Vaezi bunu da bildirib ki, İran onun nüvə qurğularının Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən monitorinqinin uzadılıb-uzadılmaması barədə də qərara gəlməlidir. Bu monitorinq razılaşmasının müddəti iyunun 24-də başa çatır. İran və dünya gücləri arasında danışıqlar iyunun 20-də "məsləhətləşmələr" üçün dayandırılıb.
Xatırladaq ki, İranda keçirilən prezident seçkisində ifrat mühafizəkar ruhanı İbrahim Rəisi qalib gəlib. Ruhani vəzifəsini Rəisiyə avqust ayında təhvil verəcək.
İran xarici işlər nazirinin müavini və həm də Tehranın baş nüvə danışıqçısı Abbas Araqçi iyunun 21-də deyib ki, tərəflər razılaşmaya həmişə olduğundan daha yaxındırlar. Araqçi deyib ki, danışıqçılar müzakirələrin bu dövrəsini təkcə məsləhətləşmələr üçün yox, həm də qərarların qəbul edilməsi üçün dayandırıblar. O bildirib ki, danışıqların elə indiki İran hökumətinin dövründə başa çatacağına və ehtimalən razılaşma əldə ediləcəyinə ümid edir. Rəisi bildirib ki, İranın 2015-ci il sazişinin öhdəliklərinə qayıtması ilə Tehran üzərindən sanksiyaları qaldırmalı olan danışıqları dəstəkləyir.
Bəzi İran rəsmiləri danışıqların Rəisinin prezident kürsüsünə əyləşməsindən əvvəl başa çatmasını istəyirlər. Onların fikrincə belədə onu hər hansı gələcək problemlərin səbəbkarı saymaq mümkün olmayacaq.
Lakin İran konstitusiyasına görə siyasi qərarların qəbul edilməsində son söz ali rəhbər ayətüllah Əli Xameneyiyə məxsusdur və əldə edilmiş hər hansı sazişi o təsdiqləməlidir.Danışıqların Avropa iştirakçıları da irəliləyişin əldə olunduğunu bildirir, lakin qeyd edirlər ki, "bəzi qəliz və təfərrüatlı texniki məsələlərin" çözümü hələ qalır.
Almaniyanın xarici işlər naziri Heyko Maas iyunun 23-də ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib ki, nüvə sazişinin dirçəldilməsi ilə bağlı bir neçə "çox çətin məqamlar" qalır. Fransa xarici işlər nazirinin müavini Frank Riester deyib ki, bu danışıqlarla bağlı qarşıdan gələn günlər və həftələrdə "çətin qərarlar" qəbul etmək lazım gələcək.
Bu arada İran mediası bildirib ki, ölkənin Atom Enerjisi Agentliyinin binasına qarşı təxribat cəhdinin qarşısı alınıb. Lakin Tehran insidentin detallarını açıqlamayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq





