İranın ali rəhbəri fətvasını dəyişəcəkmi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İranın İsrailə oktyabrın 1-də raket hücumuna Təl-Əvivin mümkün cavabı ilə bağlı iki ölkə arasında gərginliyin daha da artdığı bir şəraitdə İran Parlamentinin deputatları da prosesə müdaxilə etmək qərarına gəliblər. Bir neçə gün öncə parlamentin plenar iclasında məlum olub ki, məclisin 39 üzvü nüvə silahının istehsalı ilə bağlı ölkənin müdafiə doktrinasına dəyişiklik etmək barədə Ali Milli Təhlükəsizlik Şurasına məktub ünvanlayıb. Həmin doktrinanın əsasını İranın Ali Rəhbəri Əli Xameneinin nüvə silahından istifadənin digər kütləvi qırğın silahları, o cümlədən kimyəvi və bioloji silahlar kimi haram olmasına dair fətvası təşkil edir və deputatlar faktiki olaraq həmin fətvanın dəyişdirilməsini tələb edirlər".
Milli.Az bildirir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni süjetdə qeyd olunub.
Bildirilib ki, deputatların məktubu Ali Milli Təhlükəsizlik Şurasına göndərilsə də, əslində ölkənin ali rəhbərinə ünvanlanıb.
"Həmin məsələ ilə əlaqədar parlamentin iclasında çıxış edən deputat Həsənəli Əxlaqi Əmiri bu istəyi hazırda İran-İsrail münasibətlərində yaranmış vəziyyətlə əsaslandıraraq deyib: "Bu gün artıq beynəlxalq təşkilatlar, hətta Avropa və Amerikanın iddialı dövlətləri sionist rejimə (yəni İsrailə) nəzarət edə bilmirlər, bu qondarma rejim isə hər cür cinayətə əl atır. Buna görə də biz, məclisin 39 deputatı Ali Milli Təhlükəsizlik Şurasına məktub yazıb imzaladıq və həmin məktubda şuradan xahiş etdik ki, İran İslam Respublikasının müdafiə doktrinasına yenidən baxılsın".
Məsələnin ilk növbədə İran ali rəhbərinin nüvə silahının istehsalına qadağa qoyan fətvası ilə əlaqədar olduğunu bildirən deputat əlavə edib: "Bu gün biz artıq təkcə özümüzə baxmamalıyıq, həm də Müqavimət Cəbhəsi ilə bağlı iddialarımıza əsasən onların arxasında dayanmalıyıq. Bu cəbhə gözünü İran İslam Respublikasına dikib".
Başqa sözlə, parlamentə Məşhəddən seçilmiş deputat sözügedən dəyişikliyin həm də İranın regiondakı proksi qüvvələrinin gözləntiləri baxımından zəruri olduğunu vurğulayıb".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
XƏBƏR LENTİ
-
Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı - Yenilənib - (Foto-Video)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub - (Foto)





