İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkənin yeni seçilən prezidenti Məsud Pezişkianın hökumətində təmsil olunacaq.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Cavad Zərif bu haqda öz "X" hesabında məlumat yayıb.
"Möhtərəm Prezidentin diqqəti və məsləhətləşmələrdən sonra prezidentin strateji məsələlər üzrə müavini kimi vəzifəmi yerinə yetirəcəyəm", - Məhəmməd Cavad Zərif yazıb.
Xatırladaq ki, Zərif 2013-2021-ci illərdə İranın xarici işlər naziri vəzifəsində çalışıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun