İran

Xamenei Durovun saxlanılmasından danışdı

27 Avqust 2024 14:11
Baxış: 1 546
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei "Telegram" messencerinin qurucusu Pavel Durovun saxlanılmasına münasibət bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, Xamenei Durovun saxlanılmasından yeni kabinetin üzvləri ilə görüşü zamanı danışıb.

"Kiberməkanda hər yerdə idarəetmə var. Gördünüz ki, bu yazıq gənci (Pavel Durov) Fransada saxlayıblar və 20 il həbslə hədələyiblər. Bu, onların qaydalarını pozduğunu göstərir", - Xamenei deyib.

Qeyd edək ki, İranda altı ildən çoxdur ki, "Telegram"ın fəaliyyəti qadağan edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.