Pezeşkian hələ Azərbaycanla "Bismillah" etməmiş... - İrana "pas"ı kim ötürdü?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Britaniyanın "Teleqraf" qəzeti İran Prezidenti Məsud Pezeşkianın adından iddia yayıb. Guya Pezeşkian İsrailin Azərbaycan və İraqdakı bazalarını vurmağı təklif edib. Bu cür informasiyaların mənbələri birmənalı olaraq kəşfiyyat informasiyası ilə təsdiq olunmasa, bu cür məsələlərə etimad etmək olmaz. Çünki Pezeşkianın prezidentliyi dönəmində Azərbaycan və Türkiyə ilə İranın münasibətlərinin ən müsbət zirvəyə yüksələcəyi ilə bağlı bəzi yerlərdə narahatlıqlar var. Bu narahatlıqları konkret güc mərkəzləri özündə daşıyır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, onların kim olduğu hər kəsə bəllidir:
"Ona görə də belə məsələlər İran tərəfindən təkzib olunmaz. Əgər söhbət rəsmi hökumətdən gedirsə, hökumət hələ tam formalaşmış vəziyyətdə deyil. Pezeşkian bəzi nazirlərin təyinatı ilə bağlı qanunverici orqana parlamentə təqdimat göndərib. Yəni bu məsələlər strukturlaşma hökumətin formalaşma prosesi başa çatmadığı üçün bunu Pezeşkian durub özü təkzib edəsi deyil ki, doğrudur, bunun üçün bəzi sözçüləri var. Ancaq hər bir halda dövlətin fəaliyyət metodologiyası var. Bu baxımdan düşünürəm ki, bu məsələni sadəcə Azərbaycan və İran, eyni zamanda, Türkiyə və İran arasında münasibətləri daha da gərgin müstəviyə daşımaq üçün bunu edirlər. İsrailin müəyyən strateji obyektləri təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə var.
Paralel Azərbaycanın adının çəkilməsi mənə elə gəlir ki, ən diqqət çəkən məsələ olmalı idi. Buna görə belə məsələyə diqqət etmək lazımdır. Çünki Pezeşkian hələ Azərbaycanla "bismillah" etmədən, nəyə görə Azərbaycan ərazisində hansısa yəhudi obyektlərini vurmağı təklif etsin? Üstəlik, bu yöndə Pezeşkianın konkret olaraq kəşfiyyat məlumatları mövcuddurmu? Çünki hökumət hər cəhətdən formalaşmadan, bu cür arayışlar artıq onun qarşısına gəlməyib. Ona görə də məsələləri ciddi araşdırmaq lazımdır ki, bu məsələnin inandırıcı yükü olsun. Düşünürəm ki, bu, bir təxribatdır eyni zamanda dezinformasiyadır. Ona görə də səbrli davranmaq lazımdır. Çünki Azərbaycanı vurmaqla vurdular arasında çox böyük fərq var. Buna görə də hər sözü reallıq olaraq sənə də tikmək olmur. Kiminsə işlətdiyi bir ifadəni də dövlətlər arası münasibətlərə qətiyyən qarışdırmaq olmaz. Ona görə də düşünürəm ki, Azərbaycan mediası maksimum bu yöndə səbrli davranmalıdır. Çünki çox həssas dönəmdən keçirik.
Düşünürəm ki, Pezeşkiana hər kəs imkan tanımağa borcludur. Çünki hansı çətinliklər çərçivəsində İran rejimində prezidentlik etmək hökumətə başçılıq etməyin çətinliyi hər kəsə bəllidir".
Natiq Miri qeyd edib ki, xarici mediada tirajlanan bu iddia İrana ötürülən pasdır, aranı qatmaq məqsədi daşıyır:
"Sadəcə olaraq mətbuatın dili ilə həm də guya Pezeşkianın fikiri kimi təqdim olunur. Düşünürəm ki, bu ən böyük dezinformasiya olmaqla bərabər həmçinin diqqəti yayındırmaq cəhdidir. Həm də görünən odur ki, hələ də konkret hücumun hansı şəkildə həyata keçiriləcəyi qərarı verilməyib".
DİGƏR XƏBƏRLƏR
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
XƏBƏR LENTİ
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi





