Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkian bu gün səhər saatlarında növbədənkənar prezident seçkiləri üçün namizəd kimi qeydiyyatdan keçirib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.
İslahatçı siyasətçi qeydiyyatdan keçdikdən sonra media nümayəndələri qarşısında 5 dəqiqəlik çıxış edib.
O, hakimiyyəti sərt tənqid edərək, bu günə kimi verilən vədlərin yerinə yetirilmədiyini bildirib:
"Sərvətlərin ədalətli paylaşımı, vətəndaşların sağlamlığı və rifahı, bölgələrdə ayrı-seçkiliyin aradan qaldırılması, ölkənin elmi, mədəni, iqtisadi və siyasi baxımdan inkişaf etdirilməsi kimi qarşıya qoyulan məqsədlərin heç birinə nail olunmayıb".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun