İran

İranda prezidentliyə 3 namizəd qeydə alındı

30 May 2024 17:56
Baxış: 1 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gündən İranda növbədənkənar prezident seçkiləri ilə bağlı namizədlərin qeydə alınması prosesinə başlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda 3 namizəd rəsmi olaraq qeydiyyata alınıb. Bu barədə məlumatı isə İranın Seçki Qərargahının nümayəndəsi Mohsen Eslami açıqlayıb.

Onun sözlərinə görə, indiyə qədər sənəd təqdim edən şəxslərdən yalnız üçünün qeydiyyatı təsdiq edilib.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərinə namizədlərin qeydiyyatı mayın 30-dan iyunun 3-nə qədər davam edəcək. Namizədlərin yekun siyahısı iyunun 11-i açıqlanacaq. Seçkiqabağı kampaniya iyunun 12-dən 26-na qədər keçiriləcək. Seçki isə iyunun 28-i təşkil ediləcək. Ehtiyac olarsa, seçkilərin ikinci turu iyulun 5-i baş tutacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.