İran Prezidenti İbrahim Rəisinin helikopterində həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün genetik ekspertiza aparılmayacaq.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Məhəmməd Həsən Nami deyib.
"Həlak olanların cəsədlərinin yanmasına baxmayaraq, xilasedicilər onların şəxsiyyətini müəyyənləşdirərək təcili tibbi yardım briqadalarına təhvil veriblər", - deyə Məhəmməd Həsən Nami bildirib.
Onun sözlərinə görə, aviaqəzada həlak olanların cəsədləri Təbriz şəhərinə çatdırılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun