Helikopter qəzası: genetik ekspertiza aparılacaq?

20 May 2024 14:34

İran Prezidenti İbrahim Rəisinin helikopterində həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün genetik ekspertiza aparılmayacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Məhəmməd Həsən Nami deyib.

"Həlak olanların cəsədlərinin yanmasına baxmayaraq, xilasedicilər onların şəxsiyyətini müəyyənləşdirərək təcili tibbi yardım briqadalarına təhvil veriblər", - deyə Məhəmməd Həsən Nami bildirib.

Onun sözlərinə görə, aviaqəzada həlak olanların cəsədləri Təbriz şəhərinə çatdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun