İran

İran gücdən qanunsuz istifadə qarşısında öz milli mənafeyini müdafiə edir – İran XİN

14 Aprel 2024 06:15
Baxış: 1 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran BMT əsasnaməsi və beynəlxalq prinsip və məqsədlərə sadiq qaldığını bir daha vurğulayaraq güdən qanunsuz istifadə qarşısında öz suverenliyi, ərazi bütövlüyü və milli mənafeyini müdafiə etmək iradəsinə sahibdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, İran Xarici İşlər Nazirliyi İranın İsrailə raket və PUA-larla hücum etməsi ilə əlaqədar bəyanatında qeyd olunub.

Bəyanatda bildirilir ki, BMT əsasnaməsinin 51-ci maddəsində qeyd olunan qanuni müdafiə və İsrailin Suriya dövlətinin dəvəti əsasında bu ölkədə rəsmi şəkildə fəaliyyət göstərən İranın hərbi müşavirlərinə dəfələrlə hücumu, xüsusilə də 1 aprel 2024 tarixində Dəməşqdə İranın diplomatik korpusuna hərbi hücumuna cavab olaraq İran 14 aprel 2024 tarixində İsrailin hərbi bazaları əleyhinə hərbi hücumlar həyata keçirib.

Bəyanatda qeyd olunur ki, İran lazım olduğu təqdirdə hərbi təcavüz və gücdən qanunsuz istifadə ilə əlaqədar istənilən hərəkət qarşısında əlavə müdafiə addımları atmaqda əsla tərəddüd etməyəcək".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.