AFW ekoloji təmiz modaya dəstək olaraq müsabiqə keçirdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azerbaijan Fashion Week 16-cı yaz-yay mövsümü çərçivəsində "Up-Cycle Jeans" adlı ekoloji təmiz modaya istiqamətlənən müsabiqə keçirildi. Konseptə uyğun olaraq tədbir "Qala" Dövlət Tarixi-Etnoqrafiya Qoruğunun ərazisində yerləşən "Tullantıdan sənətə" muzeyində baş tutdu. Müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyin nəzdində çalışan Mədəni və yaradıcı sənayelərin inkişaf mərkəzinin dəstəyi ilə keçirilib.
"Up-Cycle Jeans" finalına yüksələn 16 gənc dizayner müsabiqənin şərtlərinə uyğun olaraq təkrar emal olunmuş cins, plastik, metal və digər materiallardan hazırlanmış məhsulları münsiflər heyətinə təqdim etdi. Hər bir iştirakçı tərəfindən kişi və qadın geyim eskizləri təqdim olundu.
İşlərin qiymətləndirilməsində moda sənayesinin mütəxəssisləri - modelyer -dizayner Zemfira Cəfər, New Couture (Paris) B2B sərgi salonunun təsisçiləri Devid Pirnia və Nadejda Kozhevnikova, Aleksey Çjen - "New Generation - Open way.Kazakhstan" müsabiqəsinin təsisçisi, Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin nümayəndəsi Ceyla Məmmədova, qazax dizayneri Leonid Jerebtsov, Tajikistan Fashion Week təsisçisi Toxar İbrahimov, "Fashion Academy" təsisçisi Manzar Zəkizadə, Debet Safety MMC şirkətinin kostruktoru Vadim Çerkasov və qazaxıstanlı moda prodüseri, KFW və AFW-nin təsisçisi, həmçinin "Fashion Coverking" yaradıcısı Sayat Dosıbayev.
Musabiqənin nəticələrinə əsasən 1-ci yer qalibi Sara Abdullayeva Azerbaijan Fashion Week dəstəyi ilə kapsul kolleksi yaratmaq və noyabr ayında keçiriləcək 17-ci payız-qış mövsümü çərçivəsində geniş auditoriyaya təqdim etmək şansını qazandı. Bundan əlavə, 2-ci və 3-cü yer qazanmış iştirakçılara da xüsusi qiymətli hədiyyələr təqdim olundu. 2-ci yer qalibi Ülviyyə Əliyeva tikiş maşını, 3-cü yer qalibi Aysu Abdullayevayə isə buxar ütüsü təqdim olundu. Qran Pri qalibi Ramazan Həbibov isə yüngül sənaye şirkəti Debet Safety MMC dəstəyi ilə cins geyim kolleksiyası yaratmaq və həmçinin qlobal moda sənayesinin inkişafında mühün rol oynayan italyan moda akademiyasının fəaliyyəti ilə tanış olmaq üçün Milana getmək imkanını əldə etdi. Bundan əlavə, iki iştirakçı Qazizə Özdoğan (Türkiyə) və Ramazan Həbibov "New Ceneration - Open way" müsabiqəsində iştirak etmək üçün Qazaxıstana dəvət olunublar. Hər bir müsabiqə qalibinə beynəlxalq dəb kursunda on-line iştirak, həmçinin modelyer-dizayner Zemfira Cəfər və "Fashion Academy" təsisçisi Manzar Zəkizadə ilə əmakdaşlıq imkanı qazandılar
Moda sənayesinin parnik qazları emissiyası, zəhərli kimyəvi maddələrin istifadəsi və böyük miqdarda tullantıların istehsalına görə məsuliyyət daşıyan dünyanın ən çirkləndirici sənayelərindən biridir. Buna görə davamlı, ekoloji cəhətdən təmiz moda sənayesini təşviq edilməsi istiqamətində bir sıra tədbirlərin görülməsi məqsədəuyğun hesab edilir. "Up-Cycle Jeans" müsabiqəsinin keçirilməsi Azərbaycan cəmiyyətinin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə aparmasını bir daha təstiqləyir. Qeyri-kommersiya təşkilatı sayılan Azerbaijan Fashion Week ölkənin müəyyən etdiyi ekoloji strategiyası və 2024-cü ilin "Yaşıl dünya həmrəylik ili" elan edilməsi çərçivəsində bir sıra layihələr həyata keçirir.
Qeyd edək ki, 16-cı mövsüm çərçivəsində yerli və xarici dizaynerlərin kolleksiyalarının parlaq nümayişləri keçiriləcək. Mayın 16-da The Ritz-Carlton, mayın 17-də isə "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda müxtəlif ölkələrin milli motivləri dizaynerlər tərəfindən müasir interpretasiyada nümayiş etdiriləcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
XƏBƏR LENTİ
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?





