BDU və Milli Depozit Mərkəzi əməkdaşlığa başladı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Dövlət Universiteti (BDU) və Milli Depozit Mərkəzi (MDM) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mərasimdə çıxış edən rektor Elçin Babayev universitetin 105 illik yubileyi ərəfəsində BDU-nun ölkədaxili və beynəlxalq əlaqələrinin gücləndirilməsinin əsas prioritetlərdən biri olduğunu söyləyib. Rektor deyib: "Elmlə təhsilin qovuşduğu ali təhsil müəssisəsinin kadr hazırlığında ən böyük hərəkətverici qüvvə məhz ölkədaxili əlaqələrin düzgün qurulmasıdır. Çünki kadr hazırlığında ölkədə fəaliyyət göstərən qurumların tələb və təklifləri nəzərə alınır. Milli Depozit Mərkəzi ilə anlaşma memorandumunun da tezliklə öz bəhrəsini verəcəyinə əminəm. Artıq həmin tələb-təkliflər nəzərə alınmaqla uyğun istiqamətdə kadr hazırlığına başlamaq barədə razılaşmışıq. Bu prosesdə Mərkəzin əməkdaşları yaxından iştirak edəcəklər. Təhsilalanların Milli Depozit Mərkəzində və onunla əlaqəli qurumlarda təcrübə keçməsinin də böyük əhəmiyyəti var".
MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev isə bildirib ki, Azərbaycanda fond və maliyyə bazarının inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. BDU-nun Azərbaycan ali təhsilinin flaqmanı olduğunu qeyd edən Ağahüseyn Xudaverdiyev Mərkəzin əməkdaşlarının 20 faizinin universitetin məzunları olduğunu diqqətə çatdırıb: "İmzalanan memorandum iki qurum arasında əməkdaşlığın genişlənməsinə, maliyyə bazarının yüksəkixtisaslı kadrlarla təmin olunmasına böyük töhfə olacaq".
Tədbirdə MDM-də strategiya və layihələrin idarəedilməsi üzrə məsul şəxs Əli Əliyev qurumun fəaliyyəti haqqında təqdimat edib. Sonra BDU haqqında videoçarx nümayiş olunub.
Daha sonra iki qurum arasında memorandum imzalanıb. Memoranduma əsasən, tərəflər elm, təhsil və əmək bazarı - universitet - biznes işbirliyi sahələrində əməkdaşlıq həyata keçirəcəklər. Memorandumda kapital bazarı üzrə universitet kontingentinin təhsil keyfiyyətinin yüksəldilməsi, məzunların məşğulluğu və əmək bazarına inteqrasiyası, tələbə gənclərin əmək bazarında rəqabətə davamlılığının artırılması məqsədilə bütün səylərin birləşdirilməsi, idarəetmə, maliyyə və qiymətli kağızlarla bağlı aktual məsələlərə dair birgə konfrans, seminar, təlim, dəyirmi masa və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Həmçinin BDU-nun tələbə və məzunları ilə birgə qiymətli kağızların dövriyyəsi üzrə innovasiya yönümlü layihələrin araşdırılması, startapların yaradılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, biznes proseslərində innovasiya nailiyyətlərinin tətbiqi və digər innovativ layihələrin həyata keçirilməsi planlaşdırılır. Universitet tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi, könüllü təcrübə proqramlarının, müsabiqələrin təşkil edilməsi, kapital bazarı üzrə fəaliyyət göstərə biləcək mütəxəssislərin yetişdirilməsi, MDM əməkdaşlarının tədris fəaliyyətinə və universitet tərəfindən təşkil edilən ixtisasartırma proqramlarına cəlb edilməsi də memorandumda əksini tapıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
XƏBƏR LENTİ
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır





