İran

Kann festivalına təqdim etdiyi filmə görə həbs cəzası verilən rejissor İrandan qaçdı - FOTO

14 May 2024 18:53
Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda səkkiz il müddətinə azadlıqdan məhrum edilən məşhur kinorejissor Məhəmməd Rəsulof gizli şəkildə İranı tərk edərək Avropaya gedib.

Milli.Az bildirir ki, "Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə o özünün "Instagram" hesabında paylaşım edib və ölkədən çıxmasına kömək edənlərə təşəkkürünü bildirib.

O, Avropanın hansı ölkəsində olduğunu açıqlamayıb.

Rejissor bildirib ki, bundan sonra İranın coğrafi sərhədlərində olmasa belə, İranın mədəni sakini olaraq qalır.

Xatırladaq ki, mayın 8-də Tehranın İnqilab Məhkəməsi Berlin Film Festivalının qalibi olan rejissoru tənqidi film çəkdiyi üçün həbs cəzasına məhkum edib və həmin filmin ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə hazırlandığını iddia edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.