İran

İranda müğənniyə həbs cəzası verildi - QƏRİBƏ SƏBƏB - FOTO

2 Mart 2024 10:36
Baxış: 1 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranlı müğənni Şervin Hacıpurun mahnısı özündən asılı olmayaraq, etiraz aksiyalarına görə məşhurlaşıb. Bu səbəbdən o, üç il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 27 yaşlı müğənni məhkəmə tərəfindən milli təhlükəsizliyə qarşı iğtişaşlar törətmək və rejim əleyhinə təbliğat aparmaqda təqsirli bilinib.

Onun "Baraye" mahnısı 2022-ci il etirazlarının qeyri-rəsmi himni olub. Daha sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri 22 yaşlı Məhsa Əmini öldürüblər.

"Baraye" "Sosial Dəyişiklik üçün Ən Yaxşı Mahnı" nominasiyasında 2023-cü ilin "Qremmi" mükafatına layiq görülüb.

Hüquq müdafiəçilərinin verdikləri məlumata görə, müğənnini İslam İnqilabının nailiyyətlərini təbliğ edən fəaliyyətlərdə iştirak etməyə məcbur ediblər. Bundan əlavə, Hacıpurun İslamda qadınların statusu ilə bağlı iki kitab və ABŞ-nin insanlığa qarşı vəhşilikləri haqqında trek yazacağı gözlənilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.