İran

İranda terror aktı: ölənlərin sayı artdı - VİDEO - YENİLƏNİB

13 Avqust 2023 21:09
Baxış: 2 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Fars vilayətinin Şiraz şəhərində Şah-Çerağ məbədində baş verən terror aktında ölənlərin sayı 4-ə çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, iki yaraqlı məscidin ərazisinə daxil olmağa cəhd edib, onlardan biri saxlanılıb, ikincinin tutulması istiqamətində işlər davam etdirilir. Həmin şəxs məqbərənin girişində olanlara atəş açmağa davam edir.

Hazırda bina mühasirəyə alınıb.

--------

20:44

İranın Fars vilayətinin Şiraz şəhərində Şah-Çerağ məbədində terror aktı olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisədə azı 2 nəfər ölüb. Ölənlərin hər ikisi ziyarətgahın nümayəndələridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.