Sağlamlıq

İstidən yata bilməyənlərin nəzərinə - Həkim qeyri-adi üsul açıqladı

11 İyul 2025 23:24
Baxış: 908
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Britaniyalı terapevt Amir Xan isti havalarda daha tez yuxuya getmək üçün qeyri-adi üsullar təklif edib.

Milli.Az bildirir ki, onun tövsiyələri "Daily Mirror" nəşrində dərc olunub.

Həkimin sözlərinə görə insanın yuxuya getməsi üçün bədən temperaturunun müəyyən qədər enməsi vacibdir. Normal şəraitdə orqanizm bunu özü tənzimləyir, lakin isti havalarda bu prosesi sadə üsullarla sürətləndirmək mümkündür.

Xanın ilk tövsiyəsi evdə kondisioner olmadan hava soyutmaqla bağlıdır. O, bir qab buzun üstünə ventilyator qoymağı məsləhət görür: "Hava buzun üzərindən keçərək soyuyacaq və pulsuz kondisioner effekti yaranacaq".

Bundan əlavə, həkim isti havalarda yatmazdan əvvəl buzu soyuducuda saxlanmış corab geyinməyi də tövsiyə edib. "Yatmazdan təxminən bir saat əvvəl corabları zip-paketə qoyub dondurucuya yerləşdirin. Yatağa girəndə həmin corabları geyinin. Bu, bədənin soyumasına və daha tez yuxuya getməyə kömək edəcək", - deyə Amir Xan bildirib.

Qeyd edək ki, daha əvvəl nevrobioloqlar Linsi Brauning və Rassel Foster də bildirmişdi ki, yuxuya getmək üçün qoyun saymaq təsirli üsul deyil. Onların fikrincə, beyin yuxuya keçid üçün daha çətin və məntiq tələb edən tapşırıqlarla məşğul olmalıdır.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.