İran

Xamenei müharibədən sonra ilk dəfə ÜZƏ ÇIXDI - FOTOlar

6 İyul 2025 09:58
Baxış: 805
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın dini rəhbəri Ayətullah Əli Xamenei uzun müddətdən sonra ictimaiyyət qarşısında görünüb.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə İran KİV-də görüntülər yayılıb.

Məlumata görə, o, Məhərrəm ayı münasibətilə keçirilən mərasimdə iştirak etmək üçün Tehranda yerləşən Xomeyni adına Hüseyniyyə məscidinə gedib.

Mərasimdə ölkənin tanınmış ruhaniləri və dövlət rəsmiləri də iştirak ediblər.

Qeyd edək ki, "Bild" nəşri İranın dini rəhbəri Ayətullah Əli Xameneinin artıq 25 gündür ki, bunkerdə gizləndiyini bildirmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.