Dünya

Çimərlikdə günəşlənən ukraynalı qadın dron hücumuna məruz qaldı - VİDEO

11 İyul 2025 19:00
Baxış: 982
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Odessa sahilində istirahət edən sakinlərdən biri mobil telefonu ilə çəkdiyi görüntülərdə maraqlı, eyni zamanda dramatik mənzərəni əks etdirib.

Milli.Az musavat.com-a istinadla xəbər verir ki, videoda qadının Qara dəniz sahilində günəşləndiyi anlar görünür. Elə həmin vaxt Ukraynanın hava hücumundan müdafiə sistemləri işə düşür və şəhərə hücum edən dronlara atəş açılır.

Bu kadrlar Ukraynada həyatın necə ziddiyyətli mənzərə yaratdığını açıq şəkildə göstərir: bir tərəfdə insanlar normal həyatlarını davam etdirməyə, istirahət etməyə çalışır, digər tərəfdə isə səmada dronlar dolaşır və raketlər atılır.

Rəsmi məlumata görə gün ərzində Odessa şəhərinə edilən hücumlar nəticəsində ən azı 8 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib və onlara tibbi yardım göstərilir. Hücumlar zamanı yaşayış və inzibati binalar, avtomobillər və hətta bir at tövləsi də zədələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.