İran

"Dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər"

5 İyul 2025 16:15
Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

"Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma gördüyünüz kimi, problemsiz gedib, problemsiz qayıtdım. Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətimiz dostluq şəraitində keçdi. Türkiyə prezidenti ilə də çox yaxşı və konstruktiv söhbətimiz oldu. Pakistanın baş naziri ilə iki ölkə arasındakı münasibətləri müzakirə etdik", - deyə M.Pezeşkian vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.