Ucuz benzin, yoxsa kül altında qığılcım - İranın molla rejiminin sancısı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İran iqtisadiyyatının müxtəlif sahələrində ciddi şəkildə böhranlar davam edir. Bu böhranlardan biri də təbii ki, bu rejimin indiyədək həll edə bilmədiyi benzin böhranıdır.
Milli.Az Trend-ə istinadən bildirir ki, İranda 15 noyabr 2019 tarixində benzin istehlakının azaldılması, benzin qaçaqmalçılığının qarşısının alınması məqsədilə ölkədə vətəndaşlara benzin satışına kvota təyin olunub. Beləliklə hər bir şəxsi avtomobil üçün ayda hər 1 litri 15 min riala (təxminən 0,35 dollar rəsmi məzənnə ilə, 0,03 dollar qara bazar məzənnəsi ilə) 60 litr, hər 1 litri 30 min riala (təxminən 0,71 dollar rəsmi məzənnə ilə, 0,06 dollar qara bazar məzənnəsi ilə) 150 litr nəzərdə tutulub. Təbii ki, bu qiymətlərə diqqət yetirdikdə İranda benzinin böyük ölçüdə ucuz olduğu diqqət çəkir. Halbuki butılkalarda 1 litr suyun qiyməti 50 min rial (təxminən təxminən 1,19 dollar rəsmi məzənnə ilə, 0,10 dollar qara bazar məzənnəsi ilə) civarında təşkil edir.
İran benzin və qazdan düzgün şəkildə istifadə olunmadığına görə, ildə 30 milyard dollardan çox subsidiyanın verildiyini qeyd edir.
Bu arada son günlər İranın Neft Məmulatlarının Emalı və Distributorluğu Milli Şirkətinin (NIORDC) icra direktoru Cəlil Salari İranda benzin istehsalı və istehlakı ilə bağlı bərabərsizliyin yaranmaqda olduğunu deyib. Onun sözlərinə görə, hazırda İranda benzin istehlakı gündəlik 110 milyon litrdir. Eyni zamanda istehlak da həmin ölçüdədir. İldə 1 milyondan çox avtomobilin İranın istehlak bazarına daxil olduğunu və heç bir avtomobilin sıradan çıxarılmadığını nəzərə aldıqda, İran yaranan bərabərsizlik qarşılığında benzin idxal etməli olacaq. Çünki ildə yeni avtomobillərə təxminən 1,2 milyon ədəd benzin yanacaq kartı (İranda benzinin kvota ilə satın alınması məqsədilə hər bir avtomobilə yanacaq kartı verilir) verilməsi istehlakın gündəlik 3,5 milyon litr artması mənasındadır.
2019-cu ilin oktyabr ayında benzinin qiymətinin bahalaşdırılması ciddi problemlərə yol açdı. Həmin vaxt İran vətəndaşları ciddi şəkildə etirazlara qalxdılar. Bu etirazlar qətllər, amansız repressiyalar və həbslərlə nəticələndi. İran rejimi hələ də həmin etirazlarda nə qədər insanın öldüyünü öz ictimaiyyətinə belə, açıqlamaqdan boyun qaçırır. Müxtəlif təşkilatlar tərəfindən İranda həmin etirazlarda minlərlə insanın öldüyü də səsləndirilir.
Həmin vaxtdan "İran rejimi benzinin qiymətini artırmaqdan qorxur" desək yanılmarıq. Lakin ölkədə benzinin qiymətinin ucuz olması, rejimin benzini subsidiya və güzəştlərlə insanlara satması, onsuz da iqtisadi böhran içində boğulan molla rejiminə yaxşı heç nə vəd etmir.
Bu kontekstdə iki məsələni diqqət mərkəzində saxlamaq lazımdır. Birinci məsələ budur ki, İranın müxtəlif yüksək səviyyəli rəsmiləri İranda benzinin qiymətinin bahalaşmayacağını dəfələrlə və xüsusi şəkildə qeyd edirlər. İkinici məsələ isə, benzininin qiymətinin bahalaşması ilə bağlı şayiələrin dolaşmasıdır. Demək olar ki, hər gün İran medialarında və ictimaiyyətində müzakirə olunan əsas məsələlərdən biri benzinin qiyməti məsələsidir. Şayiələrin dolaşması isə rejimin benzinin qiymətini artırmağa maraqlı olduğunu, lakin ictimaiyyətin təpkisindən, hətta yeni etirazlar dalğasından qaça bilməyəcəyindən qorxur.
Göründüyü kimi, İranda benzin məsələsi düyünə çevrilmiş problemlərdən biridir. Lakin bu problem ölkənin iqtisadi böhran aysberqinin görünən hissəsinin kiçik parçasıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik





