İran

“Traktor” azarkeşlərindən molla rejiminə etiraz - FOTO

8 Aprel 2023 15:11
Baxış: 1 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın milli futbol çempionatının 25-ci turunda Təbrizin "Traktor" klubu İsfahanın "Sepahan" kollektivilə qarşılaşıb.

Tribunalara toplaşan təbrizli azarkeşlər Azərbaycanı dəstəkləyərək molla rejiminə qarşı etiraz şüarları səsləndiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, fanatlar hökumətdən Azərbaycan dilində təhsil hüququnun təmin olunmasını tələb ediblər.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

Matçın nəticəsinə gəlincə, oyun Təbriz klubunun minimal üstünlüyü ilə başa çatıb - 1:0. 

Hazırda "Traktor" 25 turdan sonra 42 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.