İran

İranda qadın məhbuslara zorla dərmanlar verilir: Onlar hərəkət və danışmaq qabiliyyətlərini itirirlər

18 Yanvar 2023 00:49
Baxış: 1 107
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran zindanlarında saxlanılan məhbuslara, xüsusilə Şirazın Adilabad həbsxanasındakı qadın məhbuslara zorla əsəb və sakitləşdirici dərmanlar verilir.

Milli.Az xəbər verir ki, bununla bağlı yenicə Adilabad zindanından çıxmış Leyla Hüseynzadə danışıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Leyla Hüseynzadə özünün sosial media hesabında etdiyi paylaşımda bildirib ki, məhbuslara zorla dərman verilir və bundan sonra onlar hərəkət və hətta danışmaq qabiliyyətlərini bir neçə günlük itirirlər. Tələbə hərəkatı fəalı olan xanım Hüseynzadə bununla yanaşı adıçəkilən zindanda qadınların təhqir olunduqlarını, zorakılığa məruz qaldıqlarını və ən zəruri imkanlardan belə məhrum edildiklərini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.