İran

SEPAH generalı Azərbaycanı hədələdi

5 Yanvar 2023 13:26
Baxış: 3 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SEPAH-ın Qüds qanadının keçmiş komandanı Qasım Süleymaninin öldürülməsinin üçüncü ildönümü münasibətilə yanvarın 3-də İranın Astara şəhərində keçirilən tədbirdə çıxış edən İslam İnqilabının Keşikçilər Korpusunun ikinci briqada generalı Əlirza Tənhayi Azərbaycana qarşı təhdid dolu açıqlama verib.

Milli.Az bildirir ki, İSNA-nın xəbərinə görə, o, Azərbaycan rəsmilərinin bir sıra addımlarına və açıqlamalarına toxunaraq iddia edib: "Azərbaycan Ukrayna və Səddamın səhvlərini təkrarlamamalı və bilməlidir ki, İran İslam Respublikası regionun qüdrətli ölkəsi olaraq heç vaxt sərhədlərinin təhdid edilməsinə imkan verməyəcək".

"İranda və onun periferik bölgələrində əmin-amanlığı pozmaq məqsədi daşıyan istənilən addıma İslam Respublikasının silahlı qüvvələri tərəfindən qətiyyətli cavab veriləcək",-deyə general təhdid edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.