İranda 71 gündür davam edən etiraz aksiyaları - Səslənən "Qatil rejim!" şüarı - İCMAL
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Güney Azərbaycanın Urmiya, Sulduz (Nəğədə), Piranşəhr və Bukan şəhərlərində bazar və biznes mərkəzlərinin tətili davam edir. Hətta İranın müxtəlif şəhərlərində də sahibkarlar dükanları bağlayaraq tətilə qoşulublar.
Milli.Az "report"a istinadən xəbər verir ki, İranın hərbi-polis rejimi etiraz aksiyalarına qatılanları yaşlı, uşaq, qadın, qoca, ahıl fərq qoymadan həbs edir. Zunuz bölgəsindən olan 5 ahılın azadlığa buraxılması tələbi ilə Güney Azərbaycanın Mərənd şəhərindəki məhkəmə binasının qarşısına etiraz aksiyası keçirilib.
Məlumata görə, Ərdəbildə Güney Azərbaycan Milli Oyanış Hərəkatının bayrağı körpüdən asılıb.
Rəşt şəhərinin Şaqaçı məhəlləsində etirazçılar İran hərbi-polis qüvvələrinin aksiyalarda törətdiyi vəhiliklərə cavab olaraq "Bəsic" qüvvələrinin qərargahına od vurub.
Buşehr şəhərində sahibkarlar etirazlara dəstək məqsədilə mağazaları bağlayaraq tətil keçirib. Həştgerd şəhərində "Zərnam" şirkətinin mühəndis və işçiləri də etiraz olaraq tətil keçiriblər.
Kərəcin Qohərdəşt məhəlləsində etirazçılarla hökumət qüvvələri arasında əlbəyaxa dava olub. Aksiyaçılar İranın ali rəhbəri Xameneinin şəkli olan banerin üzərinə qan mənası verən qırmızı boya atıblar. Bundan başqa, Xorasan-Rəzəvi əyalətinin Məşhəd şəhərində etirazçılar küçələrə yeridilən qüvvələrin maşınına özünümüdafiə məqsədilə əldəqayırma partlayıcı kapsullar atıblar. Eyni zamanda İlam şəhərində etirazçılar dinc askiyaların yatırılmasında əsas rollardan birini oynayan "Bəsic" qüvvələrinə məxsus qərargaha od vurub.
İsfahan və Həmədan şəhərlərində nümayişçilər "Diktatora ölüm olsun!", "Azadlıq, azadlıq, azadlıq!" şüarlarını səsləndiriblər. Kirmanşah əyalətinin Cəfərabad yaşayış massivində etirazçı gənclərlə hakimiyyət qüvvələri arasında qarşıdurma olub. Hərbi-polis qüvvələri gənclərə döyüş silahları ilə atəş açıb. Qəzvin və Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərlərində aksiyaçılar "Xameneiyə ölüm!", "SEPAH-çılara ölüm!" şüarlarını səsləndiriblər. Məlumata görə, İran teleradio şirkətinin keçmiş sədri Məhəmməd Sərəfraz təhlükəsizlik qüvvələrinə müraciət edib: "Silahsız insanları, müdafiəsiz qadın, uşaq və qocaları öldürən dövlət məmurları, bu əmri verən komandirlər qatildir".
Qeyd edək ki, bu gün İranda 71 gündür etiraz aksiyaları keçirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ABŞ-nin hücumu nəticəsində ölən İran hərbçilərinin sayı açıqlandı - (Foto)
-
ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb
-
İran Hörmüz boğazının bağlandığını elan edib
-
Pezeşkian: "İran televiziyasına baxmıram, görəndə əsəbiləşirəm"
-
Pezeşkian: ABŞ öhdəliklərinə qayıtsa, İran Hörmüz boğazını açacaq
-
Müctəba Xameneinin müraciəti yayılıb
XƏBƏR LENTİ
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
"Hamı Xalq artisti oldu, mən isə yerimdə addımlayıram" - Ruhəngiz Allahverdiyeva
-
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
-
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyədə kürəkəninə ağır cəza tələb etdi
-
“Sabah”ın oyununa hansı kanalda baxaq?
-
Zaqatalalı iş adamının ölkədən çıxışına stop qoyuldu
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında öldülər
-
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Pensiya alanlara şad xəbər
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var





