İran

İranda turist süni şəlaləni yandırdı - VİDEO

22 İyun 2022 18:12
Baxış: 479

Bu gün günorta saatlarında İranın şimal-şərqində yerləşən Gülüstan vilayətinin Qorqan şəhərində süni şəlalə yanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qorqan şəhər yanğınsöndürmə idarəsinin rəisi Musa Səfəri deyib.

M.Səfərinin sözlərinə görə, süni şəlalənin tikilməsində yanar konstruksiyalardan istifadə olunduğuna görə, şəlaləyə ciddi şəkildə ziyan dəyib.

Səfəri bildirib ki, hadisə yerli turistlərdən birinin piknik qazını şəlaləyə tərəf atması nəticəsində baş verib. Hadisədə zərərçəkən olmayıb.

Qeyd edək ki, Qorqan şəhərində süni şəlalə 2019-cu ildə istifadəyə verilib. 15 metr hündürlüyündə olan süni şəlaləyə 15 milyard rial (təxminən 357 min dollar) xərclənib.

Milli.Az

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics