İran

İran xaricdən peyvənd idxalını dayandırdı

3 Yanvar 2022 14:06
0 Şərh     Baxış: 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Ərzaq və Dərman Vasitələri İdarəsinin sədri Bəhram Darayi koronavirusa qarşı xaricdən  vaksin idxalının dayandırıldığını və yerli peyvənddən istifadə edəcəklərini bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə dövlət televiziyasında çıxış edərək məlumat verib.

"Hazırda xaricdən heç bir şəkildə peyvənd idxal etmirik. Üçüncü dozada yerli peyvəndlərə güvənirik və ehtiyaclarımızı qarşılamaq üçün kifayət qədər istehsal olunacağını düşünürük", - deyə o bəyan edib.

Yerli istehsalçıların ayda ən az 15 milyon doza COVID peyvəndi istehsal edəcəyini qeyd edən Darayi İranın istehsal etdiyi yerli vaksinlərin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənməsi üçün müvafiq sənədlərin hazırlanaraq göndəriləcəyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.