Bitcoini yaratmış şəxsin əsl adı ortaya çıxa bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın Florida ştatında ilk baxışdan çox sadə məhkəmə prosesi keçir. Vəfat etmiş şəxsin ailəsi həmin şəxsin keçmiş iş ortağına qarşı məhkəmə iddiası qaldırıb. Səbəb isə iki şəxsin sahib olmuş olduğu maliyyə aktivləri üzərində idarənin təmin olunmasıdır. Lakin qaldırılmış bu məhkəmə iddiasında söhbət, 1 milyon bitcoindən gedir. Hal hazırda bu qədər bitcoinin ümumi dəyəri 64 milyard dollara yaxındır. Bir çox məlumata əsasən isə 1 milyon bitcoinə Satoshi Nakamoto sahibdir. Söhbət, bu ad altında məşhur rəqəmsal valyutanı yaratmış şəxsdən gedir. Məhkəmə iddiasını qaldırmış ailənin sözlərinə əsasən isə Satoshi Nakamoto adı altında məhz vəfat etmiş şəxs və onun iş ortağı çalışıb. Bitcoin artıq trilyon dollar dəyərə və çoxlu sayda investora sahib böyük bazara çevrilib. Bu layihə demək olar bütün dövlətlərə meydan oxuyurdu və bəzi hökumətlər onu nizamlamağa çalışırdı. Bəzi ölkələrdə bitcoin hətta qanuni şəkildə təsdiqini də tapmışdı.
Güman olunur ki, bitcoin ümumilikdə dünyanın maliyyə sistemini dəyişə bilər. Lakin bu məşhur rəqəmsal valyutanın əslində kim və ya kimlər tərəfindən yaradıldığı hələ də sirr olaraq qalır. Vəfat etmiş David Kleiman adlı şəxsin ailəsi onun keçmiş iş ortağına qarşı məhkəmə iddiası qaldırıb. Söhbət, 51 yaşlı avstraliyalı proqramçı Craig Wright-dan (hal hazırda Londonda yaşayır) gedir. 2016-cı ildən Wright bəyan edir ki, bitcoinin yaradıcısı məhz özüdür. Lakin sözügedən kriptovalyuta cəmiyyətinin üzvlərinin çoxu bununla razı deyil. David Kleiman-ın ailəsi isə iddia edir ki, vəfat etmiş David vaxtı ikən Craig Wright ilə birlikdə çalışıb və onlar birlikdə bitcoin mayninqi ilə məşğul olublar. Buna görə də David-in ailəsi yarım milyon bitcoinin hüquqi sahibidir.
Özünü Satoshi Nakamoto adlandıran istənilən şəxs həmin hesabdan ən kiçik miqdarda bitcoin çıxartmaqla belə bunun həqiqət olduğunu sübut edə biləcək. Özünü Satoshi Nakamoto adlandıran kimliyi bilinməyən şəxs 31 oktyabr 2008-ci il tarixində kriptoqraflara 9 səhifəlik hesabat göndərmişdi. Həmin hesabatda rəqəmsal valyutanın mahiyyəti barəsində məlumat verilmişdi. Həmin hesabatın göndərilməsindən bir neçə ay sonra isə bitcoin şəbəkəsi işə düşmüşdü. İlk il ərzində Nakamoto 1 milyon bitcoin yığa bilmişdi. Məhkəmə iddiasını qaldırmış ailənin sözlərinə əsasən həmin hesabatın yazılması məsələsində Craig Wright David Kleiman-dan kömək istəmişdi və nəticədə onlar birgə bitcoin layihəsini işə salmışdılar.
Məlumata əsasən Nakamoto bitcoin şəbəkəsi üzərində 2 il aktiv iş görüb. O hətta müxtəlif tərtibatçılar ilə elektron poçt vasitəsilə ünsiyyət də qururdu və öz saytında bitcoin barəsində məlumatlar paylaşırdı. Lakin 2010-cu ilin dekabr ayından başlayaraq Nakamoto-nun saytında aktivlik dayandı. Faktiki olaraq Nakamoto bir anda yoxa çıxmışdı. 2011-ci ildə David Kleiman Floridada W&K Info Defense Research adlı şirkəti təsis etmişdi. David Kleiman-ın ailəsinin sözlərinə əsasən bu, Craig Wright ilə birgə yaradılmış şirkət idi və daha sonra Wright özünü şirkətin əsl sahibi kimi qələmə verməyə çalışırdı. David Kleiman 26 aprel 2013-cü il tarixində vəfat edib. 2014-cü ildə isə Newsweek adlı jurnal bildirmişdi ki, bitcoinin yaradıcısının əsl adı Dorian Nakamoto-dur.
Lakin saytlardan birində bitcoinin əsl yaradıcısı öz istifadəçi hesabında bildirmişdi ki, onun adı Dorian Nakamoto deyil. Bu, bitcoin yaradıcısının son mesajı idi. 2016-cı ilin may ayında Craig Wright bəyan etmişdi ki, bitcoinin yaradıcısı məhz özüdür. Bu məsələ ilə bağlı o, bir neçə müsahibə vermiş və öz saytında kriptoqrafiya ilə bitcoin barəsində bəzi məqalələr dərc etmişdi. 3 gündən sonra isə Wright dediklərini təkzib etmiş və bitcoin yaradıcısı olmadığını bildirmişdi. Lakin sonradan o yenidən özünü bitcoinin yaradıcısı kimi qələmə verməyə başladı. Hal hazırda David Kleiman ilə Craig Wright-ın bitcoin şəbəkəsinin yaradılmasında iştirak edib-etmədikləri sualı mübahisəli olaraq qalır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
XƏBƏR LENTİ
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı





