İnsanın 3 böyük düşməni kimdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsan xəlq olduğu gündən bəri daima düşmənlərlə əhatə olmuşdur. Dinimiz bizə insanın üç düşmənini tanıtmışdır ki, onlara işarə edək.
1. Əlbəttə ki, insan xəlq olduğu gündən bəri onun ilk düşməni - şeytandır. O, and içmiş düşməndir ki, Qurani-Kərim bizə bu məlunun nə qədər təhlükəli olduğunu dəfələrlə xəbərdar etmişdir. "(İblis) dedi: "(Sənin) İzzətinə and olsun ki, onların hamısını (kökü kəsilənə kimi Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxaracağam. Onların arasından Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla". ("Sad" 82-83).
And içmiş bu düşmən adətən insanı vəsvəsə etməkdən başlayar və işini tədrici görər. Əvvəlcə tələsməz və insandan az şeylər istəyər. Zaman keçdikcə bu istəklərini artırar və nəhayət qəlbinə çatar və ruhuna hakim olar.
"Dedi: "Belə isə, məni azdırdığına görə, mən də mütləq Sənin düz yolunun başında, onların pusqusunda oturacağam". "Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm və onların çoxunu şükür edən görməyəcəksən"". ("Əraf" 16-17).
2. İkinci düşmən - insanın həvayi nəfsidir. Əmmarə nəfs o qədər güclüdür ki, hətta Həzrət Yusif (ə) onun əlindən Allaha pənah aparmış və buyurmuşdur: "(Yusuf) dedi: "Ey Rəbbim, mənim üçün zindan bunların məni dəvət etdiklərindən daha xoşdur və əgər bu qadınların məkr və hiyləsini məndən dəf etməsən, onlara meyil edər və nadanlardan olaram"". ("Yusif" 33).
Həzrət Peyğəmbər (s) əmmarə nəfslə mübarizəni böyük cihad adlandırmışdır. Ona görə də insan hər an ayıq olmalı və əmmarə nəfsini özünə tabe etməyi bacarmalıdır.
3. İnsanın üçüncü düşməni - dünya həyatına bağlılıqdır. "Ey insanlar, şübhəsiz, Allahın (dirilmək və cəza barədə olan) vədi haqdır, belə isə məbada dünya həyatı(nın zahiri görünüşü və ləzzətləri) sizi aldatsın! Və məbada o çox hiyləgər olan (Şeytan) sizi Allah(ın möhlət verməsi və bağışlamasıy)la aldatsın!". ("Fatir" 5).
Allah Təala Quranda insanlara dünya bər-bəzəyinin oyun-oyuncaqdan başqa bir şey olmadığını söyləmiş və insanları onun təhlükələrindən xəbərdar etmişdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
XƏBƏR LENTİ
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)





