Maraqlı

"Qışda koronavirusla bağlı vəziyyət pisləşə bilər" - ABŞ-ın baş infeksionisti

18 Noyabr 2021 10:38
1 Şərh     Baxış: 1 094
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qış fəslində koronavirus infeksiyası ilə bağlı epidemioloji vəziyyət pisləşə bilər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın baş infeksionisti Entoni Fauci bildirib.

O qeyd edib ki, peyvənd olunmamış vətəndaşlar koronavirusa qarşı daha çox həssasdırlar.

Mütəxəssisin sözlərinə görə, hazırda "Delta" ştamının yayılması kontekstində xəstəliyin dinamikası da artır.

Fauci qeyd edib ki, artıq COVID-19-a qarşı peyvənd olunan şəxslər də risk altındadır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.