Maraqlı

ÜST həyəcan təbili çaldı: Dünya şpris çatışmazlığı yaşayır

12 Noyabr 2021 12:22
0 Şərh     Baxış: 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Növbəti il dünyanın səhiyyə xidməti qurumları koronavirusa qarşı peyvənd üçün istifadə olunan  tibbi şprislərin çatışmazlığı ilə üzləşə bilər.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) məlumat yayıb.

Məlumatda qeyd olunur ki, cari ildə dünyada 6,8 milyarddan çox COVID-19 peyvəndi vurulub.

Hazırda isə illik istehsal olunan şprislərin sayı isə altı milyard ədəd təşkil edir.

ÜST-ün dərman və sağlamlıq məhsullarına çıxış üzrə baş məsləhətçisi Liza Hedman bildirib ki, 2022-ci ildə dünyada şpris çatışmazlığı iki milyard şprisə bərabər ola bilər.

"Şpris qıtlığı, bütün dünyada uşaqların peyvənd edilməsində gecikmələrə səbəb ola bilər və yoxsul ölkələri iynələrdən təkrar istifadə etməyə təşviq edə bilər. Bu, olduqca təhlükəli bir təcrübədir", - deyə ÜST rəsmisi vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.