Maraqlı

NASA gələn il Aya ilk uçuşu planlaşdırır

30 Oktyabr 2021 22:20
0 Şərh     Baxış: 1 009
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Artemida" proqramı çərçivəsində Space Launch System (SLS) raket-daşıyıcısının və "Orion" kosmik gəmisinin Ay orbitinə ilk pilotsuz sınaq uçuşu 2022-ci ilin fevralına planlaşdırılır.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə NASA nümayəndəsi Mayk Sarafin bildirib.

M.Sarafin qeyd edib ki, buraxılış pəncərəsinə ("Artemida" missiyası) gəldikdə, fevral ayında təxminən 15 günlük bir pəncərə planlaşdırır:

"Əgər bu müddətin birinci yarısında raket buraxılarsa, missiya uzun müddətli missiya hesab olunacaq. Bu, təxminən altı həftə davam edəcək və bu müddət ərzində gəmi sonrakı enmə, həm də suya enməsinə hazırlaşmaq üçün retroqrad orbitdə daha çox vaxt keçirəcək".

Onun sözlərinə görə, əgər ayrılmış müddətin ikinci yarısında raket buraxılışı keçirilərsə, missiya qısa müddətli sayılacaq və dörd həftə davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.