Maraqlı

Məşhur cütlüyün 35 milyonluq malikanəsi - FOTO

9 Oktyabr 2021 20:52
0 Şərh     Baxış: 781
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünyaca məşhur müğənni Castin Timberleyk və aktrisa həyat yoldaşı Cessika Bil Los-Ancelesdəki malikanələrini satışa çıxarıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlüyün kiçik bir qəsəbəyə köçmək qərarı alması olub. Castin və Cessika villanı 35 milyon dollar qarşılığında yeni sahibinə verməyi planlaşdırır.

126 hektarlıq əraziyə sahib 3550 kvadrat metrlik evdə xüsusi olaraq hazırlanan qonaq otağı, işıqlı tennis kortu, çəmənlik, meşə və tərəvəz bağları var.

Qeyd edək ki, cütlük sözügedən malikanəni 2015-ci ildə satın alıb. Nyu-Yorkda da evləri olan Castin və Cessikanın 2 oğlu var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.