Taxikardiya və onun səbəbləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ürək yığılmasının tezliyinin artması taxikardiya adlandırılır. Taxikardiya fizioloji və patoloji ola bilər.
Fizioloji taxikardiya orqanizmin fiziki yükləmələrə (idman, fiziki iş və s.), stresə, hərarətin yüksəlməsinə və s. cavab olaraq inkişaf edir. Bu halda insan dincəldikdə, sakitləşdikdə və ya sağaldıqda ürək yığılmasının tezliyi normaya düşür.
Patoloji taxikardiyanın səbəbi ürək, ağ ciyər, qalxanvari vəzi və s. xəstəlikləri ola bilər. Bu halda taxikardiya insanda heç bir görünən səbəb olmadan (stress, gərginlik, hərarətin artması, ağrı, havasızlıq və s.) inkişaf edir və başgicəllənməsi, halsızlıq, təngnəfəslik və s. kimi pozulmalarla müşayiət olunur.
Normal nəbzin anlayışı çox nisbidir. Burada bir çox şey insanın yaşından, bədən çəkisindən, fiziki quruluşundan və s. amillərdən asılıdır. Belə ki, peşəkar idmançıların nəbzinin göstəriciləri adi insanlarla müqayisədə daha aşağı olur (1 dəqiqədə hətta 40 vurğu) və bu normanın variantı sayılır.
ABŞ-ının Kardioloqlar Assosiasiyasının məlumatlarına görə, böyüklərdə nəbzin norması 1 dəqiqədə 50 vurğudan 100 vurğuya kimi ola bilər. Beləliklə, 1 dəqiqədə 100 vurğudan artıq olan nəbzin tezliyi artıq taxikardiya sayılır.
Nəbzi sakit fiziki və emosional vəziyyətdə ölçmək lazımdır. Axırıncı qida qəbulundan 2 saatdan az keçməməlidir. İnsan oturmalı və ya uzanmalıdır.
Hansı hallarda taxikardiya xəstəliyin əlaməti sayılmır?
1. Taxikardiya fiziki gərginlikdən (idman, fiziki iş və s.), stresdən sonra, havasız otaqda inkişaf etdikdə. Nəbzin artması həm də bədən hərarətinin artması zamanı müşahidə olunur. Adətən bədənin hərarəti 1 dərəcə artdıqda nəbz 10 vurğu artır.
2. Sağlam insanda taxikardiya zamanı ürək nahiyəsində ağrılar, təngnəfəslik, başgicəllənməsi, gözlərin qaralması, bayılma və s. kimi simptomlar olmur.
3. Nəbzin tezliyi insan fiziki iş qurtardıqda, havasız otaqdan çıxdıqda, hərarət düşdükdə və s. özü-özündən (dərmansız) normaya düşür. Sağlam insanda nəbzin normallaşması təxminən 5 dəqiqə ərzində (bundan artıq yox) baş verir.
Əgər taxikardiya sizdə "durduğu yerdə" inkişaf edirsə və başgicəllənməsi, gözlərin qaralması, bayılma, təngnəfəslik, halsızlıq, ürək nahiyəsində ağrılar və s. simptomlarla müşayiət olunursa, bu ürək xəstəliklərin və pozulmaların əlaməti ola bilər.
Əgər taxikardiya başgicəllənməsi, halsızlıq, tez yorulma, dəri örtüklərin quru və solğun olması kimi simptomlarla müşayiət olunursa, bu anemiya (qanazlığı) və bəzən isə leykemiya (qanın bədxassəli xəstəliyi) kimi xəstəliklərin əlaməti ola bilər.
Əgər taxikardiya bədən çəkisiniz "səbəbsiz" azalması, həddən artıq əsəbilik, əllərin əsməsi, qadınlarda menstrual dövrünün pozulması kimi simptomlarla müşayiət olunursa, bu halda qalxanvari fəaliyyətinin pozulması olan hipertireoz xəstəliyindən şübhələnmək olar.
Taxikardiya öskürək, təngnəfəslik, ağır tezləşmiş nəfəsalma, nəfəsalma zamanı xırıltı kimi simptomlarla müşayiət olunursa, bu ağ ciyər xəstəliklərin simptomları ola bilər.
Sadaladığımız xəstəliklərdən əlavə bəzi şiş xəstəlikləri (böyrəküstü vəzi şişi), hipoqlikemiya (qanda şəkərin səviyyəsinin kəskin enməsi), güclü qanaxma, şok, orqanizmin susuzlaşması (tez-tez təkrarlanan qusmaya və ishala görə), böyrəküstü vəzilərin çatışmazlığı, ürəyin zədələnməsi (travma nəticəsində) və s. kimi xəstəliklər və pozulmalar taxikardiyaya səbəb olur. Təbii ki, taxikardiyadan əlavə bu zaman digər pozulmalar da meydana çıxır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
XƏBƏR LENTİ
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi





