Məmun İmam Rzanı niyə şəhid etdi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məmun İmamı Xorasana gətirərək, öz çirkin hədəflərini İmamın (ə) adı ilə həyata keçirtmək istəyirdi. Lakin buna nail olmadığı üçün, o Həzrəti (ə) özünə təhlükə kimi görür. Qərara alır ki, İmamı (ə) şəhid etsin. Çünki yəqin etmişdi ki, İmam (ə) heç bir halda onun çirkin işlərinə alət olmayacaqdır. (Həvzəh)
İmamın (ə) əzəməti və cəmiyyətin ona diqqət etməsi günü-gündən artırdı. Məmun Həzrətin (ə) ictimai mövqeyinə ləkə vurmaq istəyirdi. Lakin əksinə, İmamın (ə) şəxsiyyətinin cəmiyyətdə daha da yüksəlməsinə səbəb olurdu. Məmun yaxşı bilirdi ki, nə qədər çox zaman keçsə, İmamın (ə) haqq olduğu o qədər çox ortaya çıxacaqdır. Başqa bir tərəfdən isə Abbasilər Məmunun İmamı (ə) öz vəliəhdi elan etməsindən narazı idilər.
Hətta öz müxalif olduqlarını göstərmək üçün Bağdadda İbrahim ibni Məhdi ilə beyət etmişdilər. Ona görə də Məmunun hökuməti hər tərəfdən təhlükə altında idi. Məmun cinayətə əl ataraq, İmamı (ə) zəhərlədi və bu yolla qəsb etdiyi hakimiyyəti xilas etməyə çalışdı. Məmun Abbasiləri bu vasitə ilə özünə cəlb etdi və İmam Rza (ə) şəhid olandan sonra onlara belə bir məktub yazmışdı: "Siz məni tənqid edirsiniz ki, niyə vəliəhdim Əli ibn Musadır (ə). Agah olun ki, o, ölübdür. Ona görə də mənə itaət edin".
Məmun çalışırdı ki, İmamın (ə) tərəfdarları onun ölümündən xəbərdar olmasınlar. İnsanlara elə göstərmək istəyirdi ki, sanki İmam (ə) öz təbii ölümü ilə ölmüşdür. Ancaq həqiqət gilzi qalmadı və İmamın (ə) dostları bu işdən xəbərdar oldular.
Əba Sələt Hərəvi İmamın yaxın səhabələrindən idi. O, nəql edir: "Məmun İmamın əzəmət və böyüklüyünü görmüşdü. Ona görə də ona dostluğunu bildirmək üçün vəliəhdliyini ona tapşırır və bu yolla insanlara bildirmək istəyirdi ki, İmam (ə) guya dünyanı sevən bir insandır. İstəyirdi ki, İmam (ə) insanların gözündə süqut etsin. Lakin əksinə oldu - İmamın (ə) təqva və zahidliyinə ləkə dəymədi və insanlar onda təvqadan başqa bir şey görmədilər, ona görə də İmamın insanlar arasındakı nüfuzu günü-gündən artmağa başladı. Məmun bu dəfə qərara alır ki, başqa şəhərlərdən filosoflar gətizdirib, İmamı (ə) elmi cəhətdən məğlub etsin. Lakin İmamın (ə) elminin əzəməti qarşısında onlar məğlub oldular. Onları öz dəlilləri ilə təəccübləndirdi və heç bir yəhudi, xristian, atəşpərəst, zərdüşt alimi İmama (ə) qalib gələ bilmədi. Belə olan zaman insanlar dedilər: "Allaha and olsun ki, İmam (ə) xilafət üçün Məmundan daha layiqlidir". Məmunun məmurları bu xəbəri ona çatdırırlar. O, çox qəzəblənir və həsəd atəşi onu bürüyür.
İmam (ə) Məmunun yanında haqqı deməkdən çəkinmirdi. Bəzən Məmunun xoşuna gəlməyən şeyləri buyururdu. Bu da səbəb oldu ki, Məmun İmama (ə) kin bəsləsin. İmama (ə) qarşı etdiyi hiylələrdən bir nətəcə ala bilməyən zaman, gizlində İmamı (ə) zəhərlədi".
Əba Sələt İmamı (ə) dəfn edən zaman da iştirak etmişdi. İmamı (ə) Harunun dəfn olduğu məqbərədə dəfn etdilər. Imam Rza (ə) səfər ayının son günündə 55 yaşında şəhid oldu.
Məmun o qədər alçaq bir insan idi ki, İmamı (ə) zəhərləməklə kifayətlənmədi, qohumlarını, davamçılarını və İmama (ə) vəfadar olan insanları da ya öldürdü, ya da başqa şəhərlərə sürgün etdi. O qədər onları sıxışdırdı ki, o əzizlərin həyatı cəhənnəmə çevrildi. Ona görə də bir çoxu şəhid oldu və bir çoxu da sürgün olduqları ucqar yerlərdə qaldılar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
XƏBƏR LENTİ
-
Şahin Mustafayev Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
-
Leytenantların xidmət müddəti ilə bağlı yeni qayda
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - (Video)
-
“Bolonya”da baş məşqçi dəyişdi - Tedesko göndərildi
-
Ramiz Mehdiyevin işində onlar da dindirilib
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
Əli Əsədov qərar imzaladı
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
Putin bu gün rusiyalılara müraciət edəcək
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
-
Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
-
“Kurtlar Vadisi Pusu” FETÖ araşdırmasına cəlb edildi
-
Tiktoker Əhdi və dostu sərbəst buraxıldı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis hərəkətə keçdi
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov





