“Qırmızı şəhər” Bolonya - Fotoreportaj
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliyanın şimalında yerləşən Bolonya şəhəri eyni adlı vilayətin və Emiliya-Romanya bölgəsinin inzibati mərkəzidir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, inkişaf etmiş sənayesinə və bir neçə nəqliyyat dəhlizi bu şəhərdən keçdiyinə görə Bolonya İtaliyada həyat səviyyəsinə görə ilk sırada qərarlaşan şəhərlərdəndir. Bundan əlavə, kənd təsərrüfatının Bolonya iqtisadiyyatına böyük töhfəsi var. İtaliyada əhalisinin sayına görə 7-ci olan Boloniyada əhalinin 90 faizi italyanlardan, qalanları isə müxtəlif Avropa ölkələrindən və Şərqi Asiyadan olan insanlardan ibarətdir.
Bolonya Avropanın tarixi şəhərlərindən biridir
Tarixi memarlıq quruluşu və binaların çoxu qırmızı kərpicdən tikildiyi üçün Bolonya "Qırmızı şəhər" də adlandırılır. Dünyanın ən önəmli orta əsr intibah dövrü və barokko sənət əsərlərini Boloniyada görmək bilər mümkündür. Bundan əlavə, Bolonya orta əsr qüllələrinin, qədim binaların, tarixi kilsələrin vəhdət təşkil etdiyi memarlıq və incəsənət şəhəridir. Bütün bunlar 2000-ci ildə Bolonyanın Dünya Mədəniyyət Paytaxtı seçilməsində böyük rol oynayıb.
Dünyanın ən qədim universiteti - Bolonya Universiteti
Bolonya Universiteti dünyanın ən qədim universitetidir. 1088-ci ildə qurulan universitet hələ də fəaliyyət göstərir. Hazırda bu təhsil ocağında şəhərin mədəni və sosial həyatını zənginləşdirən minlərlə tələbə təhsil alır. Bölgənin mədəni inkişafında böyük əhəmiyyətə malik olan universitetin məzunları arasında Dante, Kopernikus, Françesko Petrarsa və Erasmus kimi məşhurlar var.
İtaliyanın aşpazlıq paytaxtı
Bolonyanı, həmçinin İtaliyanın aşpazlıq paytaxtı da adlandırırlar. Bolonya italyan mətbəxinin ən yaxşı nümunələrinin sərgiləndiyi şəhərlərdən biridir. "Bolonya sousu"nun adı da məhz bu şəhərlə bağlıdır.
Tarixi və gəzməli yerləri
"Piazza Maggiere" - Bolonyanın ən məşhur meydanıdır və bir çox tarixi bina burada yerləşir. Kiçik meydan olmasına baxmayaraq ətrafındakı binalar və memarlıq nümunələri çox dəyərlidir. Boloniyanın simvollarından olan "Neptun fəvvarəsi" də məhz bu meydanda yerləşir. 1563-cü ildə Tommosa Lauret tərəfindən hazırlanmış memarlıq əsərinin üzərində Roma mifologiyasında dəniz, zəlzələ və at tanrısı hesab olunan Neptunun heykəli var.
"Palazzo Communale" - "Maggiere" meydanının qərbində yerləşən bu tarixi bina hazırda bələdiyyə binası kimi xidmət göstərir.
"Salaborsa" - əvvəllər ticarət mərkəzi kimi fəaliyyət göstərən bina hazırda kitabxana və mədəniyyət mərkəzinə çevrilib. Bina xüsusilə tavanının arxitekturası ilə turistlərin böyük marağına səbəb olur.
"Palazzo del 'Archiginnasio" - hazırda şəhər kitabxanası kimi fəaliyyət göstərən bu bina əvvəllər şəhər universitetinin mərkəzi olub.
"San Domenico" bazilikası - bura Bolonyanın maraqlı dini abidələrindən biridir və yeddi kilsədən ibarət kompleksdir. Hazırkı dövrdə bu kilsələrdən yalnız 4-ü qalıb. Burada qərb sənətinin inkişafına misilsiz təsir göstərən italyan heykəltəraş və rəssam Mikelancelonun kiçik heykəlciklərini görmək mümkündür.
"Asinelli" və "Garisenda" qüllələri - Boloniyada orta əsrə aid bir çox qüllə var. XII əsrdə varlı ailələr tərəfindən tikilmiş bu qüllələrin ən hündürü 498 pilləli "Asinelli" qülləsidir. Qüllənin yuxarı hissəsindən şəhərin mənzərəsini seyr etmək olar. Boloniyanın ən mühüm tikililərindən olan bu qüllələr şəhərin simvolları hesab olunur.
"Palazzo del Podesta"- Bolonyada bənzərsiz memarlığı olan binalardan biridir. Bu bina şəhərin yeganə turizm ofisi kimi də istifadə olunur.
Təhsildə xüsusi istiqamət - Bolonya sistemi
Hər kəsin təhsil sahəsində qarşılaşdığı Bolonya sisteminin adı da məhz bu şəhərlə bağlıdır. Bolonya sisteminin başlanğıcı 1970-ci illərin ortalarına, Avropa nazirlər sovetinin təhsil sahəsində əməkdaşlıqla bağlı birinci proqram haqqında qətnamənin qəbul etdiyi vaxtlara təsadüf edir. Prosesin rəsmi başlanğıcı isə 1999-cu il iyunun 19-u hesab olunur. Həmin tarixdə Bolonya şəhərində 29 Avropa ölkəsinin təhsil nazirlərinin xüsusi konfransında "Avropa ali təhsil məkanı" bəyannaməsi və ya Bolonya bəyannaməsi qəbul olunur. Hazırda Bolonya sistemi 50-dək ölkəni birləşdirir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
XƏBƏR LENTİ
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə





