Maraqlı

Windows 11 rəsmi şəkildə istifadəyə verilib

7 Oktyabr 2021 22:50
0 Şərh     Baxış: 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Windows 11 əməliyyat sisteminin stabil versiyası rəsmi şəkildə istifadəyə verilib. Windows 11 vasitəsilə çalışan yeni Microsoft Surface kompüterlərinin sabah satışa çıxacaqlarına baxmayaraq şirkət Windows 10 ilə çalışan uyğun kompüterlərdə yeni əməliyyat sisteminə keçid imkanını artıq aktivləşdirib. Əgər siz bir neçə müddət bundan öncə Windows 10 vasitəsilə çalışan kompüter almısınızsa çox güman ki, artıq Windows 11-ə keçid edə bilərsiniz. Qeyd etmək lazımdır ki, Microsoft yeni əməliyyat sisteminin istifadəyə verilməsi prosesini mərhələli şəkildə reallaşdıracaq.

Bu isə o deməkdir ki, bütün kompüterlər bugün Windows 11-ə keçid etmək imkanına sahib olmayacaqlar. Microsoft hələ Windows 11-in təqdimatı zamanı bildirmişdi ki, Windows 10 vasitəsilə çalışan və yeni əməliyyat sisteminin tələblərinə uyan bütün kompüterlərdə Windows 11 2022-ci ilin ortasına kimi istifadəyə veriləcək. Başqa sözlə desək, bəzi istifadəçilər Windows 11-i hələ yarım ildən bir qədər çox gözləməli olacaqlar.

Kompüterinizin Windows 11 yenilənməsini dəstəkləyib-dəstəkləmədiyini Windows 10-un ayarlarındakı "Windows Update" bölməsindən öyrənmək olar. Bununla yanaşı istifadəçilər yeni əməliyyat sisteminin ISO obrazını yükləyərək onu fərdi şəkildə quraşdıra bilərlər. Qeyd etmək lazımdır ki, Windows 11 yenilənmiş istifadəçi interfeysini, vidjetləri, Start panelini yeilənmiş Microsoft Store mağazasını və inteqrasiya edilmiş Microsoft Teams platformasını əldə edib. Bunlar yeni əməliyyat sistemində reallaşdırılmış yeniliklərin bir hissəsidir. Yaxın gələcəkdə Windows 11 hətta Android tətbiqlərin dəstəyini də əldə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.