Maraqlı

Ayaqüstü keçirilən infarkt - Tromb damarda qopanda nə baş verir?

2 Oktyabr 2021 19:40
0 Şərh     Baxış: 1 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı kardioloq Anna Koreneviç bir çox insanların ciddi simptom olmadan, ayaqüstü infarkt keçirdiyini bildirib.

Xəstə təsadüfən ürəyini yoxladanda, orda ürək əzələsində çapıq dəyişiklikləri görünür. Bu o deməkdir ki, xəstə nə vaxtsa infarkt keçirib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, ayaqüstü infarkt zamanl xəstə çox da güclü olmayan, keçib gedən ağrı hiss edir.

İnsanlar orqanizm üçün təhlükəli olan bu vəziyyəti çox vaxt hiss etmir.

"Əgər təzyiq normaldırsa, lakin döş qəfəsində sıxılma, sanki hava çatışmaması, qəfil əl-ayaqda, bədəndə zəiflik, bədəndə tərləmə varsa, dərhal təzyiqi ölçüb, təcili yardım çağırmaq lazımdır. Adətən ürək-damar problemi, arteriyada tromb qopduqda, təzyiq aşağı düşür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.