Maraqlı

Kanar adalarındakı vulkanda salamat qalan “möcüzə ev” - FOTO

25 Sentyabr 2021 13:00
0 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Kanar adalarındakı (La Palma) vulkan püskürməsindən axan lavdan təsirlənməyən evi sosial media istifadəçiləri "möcüzə ev" adlandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu evin sahibləri danimarkalı təqaüdçü cütlükdür.

Partlayışdan sonra ərazini tərk edən ev sahibləri evlərinin olduğu kimi qaldığını eşidəndə həm təəccübləniblər, həm də xoşbəxtlikdən ağlayıblar.

Evi inşa edən Ada Monnikendam cütlüyün bu evi xüsusilə vulkan mənzərəsi səbəbindən aldığını deyib.

19 sentyabrdan etibarən aktiv olan Kumbre Vieja vulkanının indiyə qədər 400 evi yandırdığı bildirilib.

Vulkan püskürmələri səbəbiylə 5 700-dən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.