Pandemiya səbəbindən "Nobel" mükafatlarının verilməsi qaydası dəyişdirilib. Bu barədə Nobel Vəqfinin icraçı direktoru Vidar Helgesen bildirib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, bu il mükafatlar laureatların vətənlərində təqdim olunacaq.
Bununla belə, Stokholmda yerli ictimaiyyət üçün bir mərasim keçiriləcək.
Mükafatlar 4-11 oktyabr tarixlərində açıqlanacaq. Mükafatların təqdimat mərasiminin özü dekabrın 10-na təyin edilib.
Milli.Az