Bu il “Nobel” mükafatları fərqli şəkildə təqdim olunacaq

24 Sentyabr 2021 10:02

Pandemiya səbəbindən "Nobel" mükafatlarının verilməsi qaydası dəyişdirilib. Bu barədə Nobel Vəqfinin icraçı direktoru Vidar Helgesen bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, bu il mükafatlar laureatların vətənlərində təqdim olunacaq.

Bununla belə, Stokholmda yerli ictimaiyyət üçün bir mərasim keçiriləcək.

Mükafatlar 4-11 oktyabr tarixlərində açıqlanacaq. Mükafatların təqdimat mərasiminin özü dekabrın 10-na təyin edilib.

Milli.Az