Maraqlı

Dünyanın ən yaşlı əkizləri “Ginnesin Rekordlar Kitabı”na düşüblər - FOTO

22 Sentyabr 2021 10:48
0 Şərh     Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyalı 107 yaşlı iki bacı dünyanın ən yaşlı əkizləri elan edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı"nın saytında məlumat yayılıb.

Kome Kodama və Umeno Sumiyama 5 noyabr 1913-cü ildə Yaponiyanın Kaqava prefekturasındakı Sedo adasında anadan olublar. Onların ailəsində 13 uşaq böyüb. Bacılar kiçik yaşlarından ayrı yaşamağa başlayıblar. Eyni zamanda, bir-biri ilə əlaqə saxlayıblar.

Qadınlar iki dünya müharibəsinə şahidlik ediblər. Onlar bir-birlərini yalnız ailə üzvlərinin yas və toy mərasimlərində görüblər.

Hazırda onlar müxtəlif qocalar evlərində qalırlar. Kodama və Sumiyama artıq tarixin ən yaşlı əkizləri olduqlarını təsdiq edən sertifikatlarla təltif olunublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.