56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməyə başladı. Bu gün yaşından və ya cinsindən asılı olmayaraq istənilən insan sosial şəbəkələrin, o cümlədən moda reklamlarının qəhrəmanı ola bilər.
Milli.Az oxucuları instaqramın 56 yaşlı dəb ulduzu Qres Qanemlə tanış edir. O, öz timsalında hər gün göstərir ki, üslubun yaşı olmur və gənc görünmək üçün ağarmış saçları rəngləməyə ehtiyac yoxdur.
Qresin sözlərinə görə, dəb dünyasının ilhamverici pərisi olmaq onun planlarına daxil deyildi. Livanda dünyaya gələn Qres ixtisasca mikrobioloq olsa da, Kanadaya köçdükdən sonra idmanla məşğul olmağa qərar verir. Zövq duyumunun formalaşmasında Qresin anası ilə nənəsinin böyük rolu olub, amma geyim sənayesindəki bugünkü uğurunu o, onu öz bloqunu yaratmağa həvəsləndirən qızına borcludur.
"Qızımdan xahiş etdim ki, instaqram ulduzlarının səhifələrini mənə göstərsin. O, məni özüm olmağa və təbiiliyi qoruyub saxlamağa çağırdı. Dəb cərəyanlarını təqib etmir və zamanın sınağına dözə biləcək geyimlərə üstünlük verirəm. Buna görə də, estetikası ani dəyişikliklərə az məruz qalan Fibi Faylonun və "Botega Veneta"nın dizayneri Daniela Linin imzasına daha çox üstünlük verirəm" , - Qres moda jurnallaırna açıqlamasında bildirib.
56 yaşlı moda qadını necə olmalıdır?
Qəribədir ki, Qresin bu suala cavabı yoxdur. Dediyinə görə, indi də 20 il əvvəlki kimi geyinir, etiraf edir ki, hələ də çox qısa şortlar və mini paltarlar geyinməkdən qorxmur. Ədalətli olmaq lazımdırsa, deməliyik ki, bədəni də ən cəlbedici fasonları sınaqdan keçirməyə icazə verir. Eyni zamanda, bütün rənglərin ən uğurlu harmoniyasını yarada bilən mahir bir ustadır. Ən parlaq rənglərə üstünlük verən 56 yaşlı qəhrəmanımız müxtəlif naxışları da bir-biriylə birləşməyi çox sevir. Gəlin onun obrazıları tanış olaq... (publika.az)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
XƏBƏR LENTİ
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi





