Maraqlı

29 il əvvəl həbsxanadan qaçan kişi kirayə pulunu ödəyə bilmədiyi üçün təslim oldu

16 Sentyabr 2021 09:42
0 Şərh     Baxış: 1 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyanın Yeni Cənubi Uels ştatında (NSW) həbsxanadan qaçan məhbus 29 ildən sonra təslim olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun illər sonra bu addımı atmasına koronavirus pandemiyasında işsiz qalması səbəb olub.

64 yaşlı Darko Desik narkotik maddə yetişdirdiyi üçün 3,5 il həbs cəzasına məhkum edilib və 13 ay həbsdə olduqdan sonra, 1992-ci il avqustun 1-də həbsxanadan qaçıb.

Bütün axtarışlara baxmayaraq, tapıla bilməyən Desikin Sidneyin şimal çimərliklərində məskunlaşdığı və təmir-tikinti işləri ilə məşğul olduğu bildirilib.

Ştatda koronavirusa görə təxminən 3 aydır davam edən ciddi qadağalar səbəbiylə işi tamamilə dayanan kişi kirayə pulunu ödəyə bilməyib.

Evdən çıxıb sahildə yaşamağa başlayan Desik dəmir barmaqlıqlar arxasında yaşamağın "evsiz" olmaqdan "daha asan" olacağını düşünərək polisə təslim olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.