Stomatitin müalicəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Stomatit ən çox uşağlarda yaranır. Bu yerli toxunulmazlığın qeyri-kafi işləməsi və yad əşyaların ağzına alınması vərdişi ilə yaranır. Uşağın selikli qişası həssasdır, iltihaba meyllidir və tüpürcəyin qoruyucu funksiyaları tam ifadə olunmur, bu da stomatitin inkişaf riskini artırır. Əksər uşaqlarda, həyatın ilk illərində, əsasən körpələrə təsir edən viral pediatrik stomatit (herpetik) aşkar edilir.
Xəstəliyin ümumi təzahürləri var: diş ətinin iltihabı, hiperemiya, ağ və ya sarı lövhənin görünüşü, xoralar, yemək zamanı şiddətli ağrı, pis qoxu. Ancaq müalicə həmişə xəstəliyin xarakterini nəzərə alaraq təyin olunur.Diaqnozun qoyulması üçün klinik şəkil, subyektiv şikayətlər və stomatoloqun baxışı kifayət edir. Bəzən laborator diaqnostika: kandidoz və herpesin PZR analizi, sıyrıntı və ya yaxmanın bakterioloji əkilməsi tələb olunur. Müalicəyə tabe olmayan stomatitlərdə sistem xəstəliklərini aşkar etmək üçün ümumi müayinə göstəriş sayılır. Müalicə ağrı hissinin və xəstəliyin davametmə müddətinin azaldılmasına yönəldilir. Statistik məlumatlara əsasən tərkibində natrium lauril sulfat olmayan ağız boşluğuna qulluq vasitələrindən istifadə etdikdə stomatitlərə az hallara rast gəlinir və ya onlar tez sağalır. Natrium lauril sulfat isə əksinə, xroniki residivləşən stomatitlərin formalaşmasına şərait yaradır. Anestetiklərin aşağı faizli məhlulları ilə ağız boşluğunun yaxalanması və ya aplikasiyalar ağrını zəiflədir. Nəticədə qida qəbulu normallaşır. Antibakterial preparatlarla müalicə aqressiv üsul hesab olunur. Antibiotiklər yalnız xoraların reinfeksiyalaşması zamanı təyin edilir. Əksər hallarda xlorheksidin biqlükonat əsaslı preparatlara üstünlük verilir. Onların uzunmüddətli istifadəsi dişlərdə və plomblarda ləkə əmələ gətirir. Müalicə başa çatdıqdan sonra ləkələr öz-özünə itir. Stomatitin profilaktikası ağız boşluğuna düzgün qulluq edilməsindən və fərdi gigiyena qaydalarının uşaq yaşlarından aşılanmasından ibarətdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
XƏBƏR LENTİ
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi
-
Ərdoğanın müavini istefa verdi
-
Marketlərdə toyuq filesi niyə yoxdur?
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Ağsuda açıq ərazidə yanğın başladı - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)
-
Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiqdir - Kamaləddin Qafarov
-
Türkiyədə daha bir şagird məktəbə tüfəng gətirdi, müəllimlər müdaxilə etdi - (Foto)
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
Ağarza Dadaşov yüksək vəzifəyə təyin edildi
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı
-
Ukrayna ordusu 250-dən çox rusiyalı hərbçini əsir götürdü
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi





