Ağrı toxumaların üzvi və funksional dəyişikliklər törədən zədələyici amillərin təsiri nəticəsində yaranan mürəkkəb psixomator vəziyyətdir. Digər hissi reseptorlardan fərqli olaraq ağrı reseptorları üçün müəyyən bir spesifik qıcıqlandırıcı yoxdur. O, hər hansı bir qüvvətli qıcıqlandırıcının təsiri ilə yarana bilər. Əslində ağrı hissinin olması insan üçün əhəmiyyətli sayılır. Belə ki, ağrının olması orqanizmdə təhlükənin olmasından xəbər verir. Ağrının baş verməsi nəticəsində onu əmələ gətirən amil dəf edilir. Ağrı çox vaxt xəstəliyin ilk və bəzən tək əlaməti olmaqla, xəstəni həkimə getməyə vadar edir və xəstəliyin diaqnostikasının tapılmasına yardım edir.
Xəstəliyin ağırlıq dərəcəsi ilə ağrı hissinin qüvvəsi həmişə bir-birinə müvafiq gəlmir. Bəzi hallarda orqanların ağır zədələnmələri, zəif ağrı hissi ilə müşayiət oluna bilir. Bəzən də çox da təhlükəli olmayan zədələnmələr qüvvətli ağrılarla müşayət edilir.
İnsanda ağrı hissini obyektiv qiymətləndirmək olduqca çətindir. Onun ağırlıq dərəcəsi bir sıra amillərdən asılıdır. Xəstənin ali sinir fəaliyyətinin tipi, psixo-emosioanl vəziyyəti və bir sıra xarici mühit amilləri ağrı hissinin intensivliyinə təsir edir. Bəzi psixi pozğunluqlar (şizofreniyanın bəzi formaları), beynin alın payının zədələnməsi, alkohol sərxoşluğu ağrı hissinin itirilməsinə səbəb olur.
Xəstənin subyektiv hissiyyatına görə ağrının aşağıdakı növləri ayırd edilir:
- küt ağrı
- deşici ağrı
- kəsici ağrı
- üzücü ağrı
- yandırıcı ağrı və s.
Ağrı normal və patoloji proseslərlə əlaqədar ola bilir. Patoloji proseslərlə əlaqədar olan ağrılara simptomatik ağrılar deyilir. Simptomatik ağrılar somatik və visseral olmaqla 2 yerə bölünür. Somatik ağrı özü də səthi və dərin olmaqla 2 hissəyə bölünür.
Yaranma sürətinə görə ağrılar erkən və gecikmiş olur. Dərin somatik ağrıların ən geniş yayılmış növü baş ağrılarıdır. Dərin ağrı adətən küt olur və adətən ətraf toxumalara irradiyasiya edir. Ağrılar bəzən orqanizmdə müxtəlif patoloji dəyişikliklərə səbəb ola bilir. Belə ki, ağrının sayəsində ürəkbulanma, tərləmə, arterial təzyiqin enməsi və ya qalxması baş verə bilir.
Milli.Az
Maraqlı
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Ağrının əhəmiyyəti
21 Sentyabr 2021 06:05
0 Şərh
Baxış: 1 239
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Çelsi"nin baş məşqçisi: "Bizim üçün ağır gecə idi"
-
Bakkıda yol çökdü - VİDEO
-
Çempionlar Liqasının “Qarabağ” ilə bağlı paylaşımı - FOTO
-
Aysun ağladı: “Atasız böyümüşdüm, indi anadan yetim qaldım” - VİDEO
-
“Qarabağ” - “Çelsi” matçının ən yaxşısı seçildi
-
Günün qoroskopu: Qidalanmanıza diqqət edin
-
“Qarabağ”ın qalan oyunlarının təqvimi - Çempionlar Liqası
-
"Səsimi itirdim, səsim “Qarabağa” fəda olsun "
-
"Mərasim olsaydı, etiraf edərdik" - Goranboyda 16 yaşında nişan keçirilən qızın əmisi danışdı
-
Qurban Qurbanov matç barədə danışdı
-
Çempionlar Liqası: "Qarabağ" "Çelsi" ilə oyunda növbəti xalını qazanıb - YENİLƏNİB - VİDEO
-
Aşıq Telli ARB-nin əməkdaşına hücum etdi - ANBAAN VİDEO
-
“Qarabağ”ın azlıqda qaldığı an - VİDEO
-
Bakı Kitab Mərkəzində “Zəfər sevinci” adlı musiqili-ədəbi gecə keçirilib - FOTO
-
Tbilisidə azərbaycanlı gənclər döyüldü - qadın saxlanıldı - FOTO
-
Azərbaycanda toy yasa döndü
-
Erməni yazıçılar istəsə, görüşərəm - Anar
-
Ürək özünü bərpa edə bilirmiş - Tibbdə inqilab
-
Sumqayıtda evdən 12 yaşlı qızın meyiti tapıldı
-
Şəbnəmin fanatına etdiyi hərəkət qınandı - VİDEO
-
Şəhid analarının iştirakı ilə tədbir keçirilib - FOTO
-
Mahir Nəbiyev dünyasını dəyişdi - FOTO
-
Gəncədə gənc oğlan xəstəxanada öldü
-
Azərbaycanda iş adamı həbs edildi





